“Nyukasl” Unay Emeri ilə heç bir razılıq əldə edə bilməyəcək.
Məsələ ondadır ki, ispaniyalı baş məşqçi premyer liqa təmsilçisini çalışdırmaqdan imtina edib. 50 yaşlı mütəxəssis özünün şəxsi instaqram səhifəsində “Vilyarreal”ı tərk etmək istəmədiyini bildirib. Emeri ona dəstək olan klubun azarkeşlərinə də təşəkkür edib.